“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin istiqrazlarına 43 investor maraq göstərib
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 50 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Sizinxeber.az”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 50 000 ədəd istiqraz premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 43 investor 50 milyon dollarlıq 43 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər yarım illik ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Oxşar xəbərlər
“AzerGold”un istiqrazlarına 65 investor maraq göstərib
“AzerGold”un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
"AzerGold"un yeni istiqraz emissiyasının əlavə parametrləri açıqlanıb
ASCO 50 mln. dollarlıq istiqrazlardan əldə olunan vəsaitin necə xərclənəcəyini açıqlayıb
SOCAR İstiqrazları üzrə 9-cu kupon ödənişi edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













