Braziliya AAO rəsmisi: Əksər milli hökumətlər iqlim fəaliyyətinə nə qədər pul xərclədiklərini izləyə bilmir
sizinxeber.az xəbər saytı

Braziliya AAO rəsmisi: Əksər milli hökumətlər iqlim fəaliyyətinə nə qədər pul xərclədiklərini izləyə bilmir


Əksər milli hökumətlər iqlim fəaliyyətinə nə qədər pul xərclədiklərini izləyə bilmir.

Sizinxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Braziliya Federal Hesablama Məhkəməsinin audit şöbəsinin müdiri Hugo Chudyson deyib.

O bildirib ki, ölkələrin 73%-i xərcləri etiketləmir və ya daxili iqlim maliyyəsini izləmək üçün fövqəladə etiketləmə mexanizminə malikdir. Bu, birbaşa və dolayı yolla idarə olunan iqlim xərclərinin izlənməsini zəiflədir.

“Beynəlxalq maliyyəyə ən çox ehtiyacı olan ölkələrin ona çıxış imkanları aşağıdır. 44 ölkədən 21-də ehtiyacların qiymətləndirilməsi və ya mümkün maliyyə mənbələrinin xəritəsi yoxdur. Hökumətlərin iqlim layihələrinə özəl sektor investisiyalarını təşviq etmək strategiyalarında izləmə mexanizmləri və şəffaflıq yoxdur. Hökumətlırin 74%-nin izləmə mexanizmləri yoxdur. Demək olar ki, yarısı (41%) heç bir hesabat dərc etmir. Bu isə problemdir, çünki dövlət maliyyə mənbələri bu qlobal problemin öhdəsindən gəlmək üçün kifayət deyil” - Hugo Chudyson əlavə edib.

Oxşar xəbərlər

COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki rolu müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya AAO-su Enerji Keçidlərinin Auditi Təlimatını Azərbaycana təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası "İqlim Skaneri" üzrə qiymətləndirmələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüqar Gülməmmədov: İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər digər ölkələr üçün aktualdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər