Vüqar Gülməmmədov: İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər digər ölkələr üçün aktualdır
sizinxeber.az xəbər saytı

Vüqar Gülməmmədov: İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər digər ölkələr üçün aktualdır


İqlim fəaliyyəti ilə bağlı apardığımız auditlər bu sahə üzrə bir sıra çağırışların olduğunu göstərir.

Sizinxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, onların bir hissəsi audit institutu ilə, bir hissəsi isə auditin keçirildiyi mühitlə əlaqəlidir. Hesab edirik ki, bunların əksəriyyəti bütün ölkələrin ali audit orqanları üçün aktualdır.

"Bunlardan biri yaşıl həllərin tətbiqinin bəzi hallarda ənənəvi standartlara uyğun gəlməməsi və milli qanunvericikdə dəyişikliklərin tələb olunması ilə bağlıdır. Bundan əlavə, iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi və vaxtında təqdim edilməsində problemlər, habelə etibarlı məlumatlara çıxışda çətinliklər, iqlim maliyyəsi ilə bağlı yaxşı hesab olunacaq təcrübə sayının çox olmaması, yaşıl büdcə ilə bağlı nəzəriyyə və praktik tətbiq arasında fərqlərin müşahidə edilməsi, iqlimlə bağlı audit standartlarının inkişaf mərhələsində olması, həmçinin auditorlarda bu sahə üzrə xüsusi bilik və bacarıqların formalaşmasına ehtiyacı aid etmək olar. İqlim auditinin miqyasının, habelə bu auditlərdə əhəmiyyətliliyin müəyyən edilməsində çətinliklər, audit proseslərinə qlobal çərçivələrin, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin daxil edilməsi şəraitində hökumət əsaslı auditlərin sayının artımı üçün zərurət var", - Palata sədri əlavə edib.

Oxşar xəbərlər

Braziliya AAO-su Enerji Keçidlərinin Auditi Təlimatını Azərbaycana təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası "İqlim Skaneri" üzrə qiymətləndirmələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa Ali Audit Orqanlarının rəhbəri: Auditlər ekstremal hava şəraitinin ətraf mühitə daha çox ziyan vurduğunu göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər