"Mpay" terminalları artıq Naxçıvanda! - VİDEO
Naxçıvan Muxtar Respublikasında yeni ödəniş terminalları istifadəyə verilib.
"APA-Economics" xəbər verir ki, “Mpay” QSC terminalları Naxçıvanda fəaliyyətə başlayıb.
Muxtar respublikanın sakinləri bundan sonra bütün kommunal, dövlət, bank, mobil, TV və internet ödənişlərini “Mpay” terminalları vasitəsilə rahat şəkildə həyata keçirə biləcəklər.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti mövcud çətinliyi aradan qaldırmaq üçün “Mpay” Qapalı Səhmdar Cəmiyyəti ilə smart-kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin ödənilməsi məqsədi ilə müqavilə imzalayıb. Artıq muxtar respublika üzrə müvafiq ödəmə məntəqələrinin hamısında smart-kart tipli elektrik sayğaclarının balans artımı mümkündür.
Bildirək ki, qaz və elektrik enerjisi xidmətləri üzrə “smart kart” ödənişlərini yalnız “Mpay” terminalları vasitəsilə icra etmək mümkündür.
Beləliklə, “Mpay” terminalları ölkənin bütün ərazisini uğurla əhatə edərək hərtərəfli ödəniş həllərinə əlçatanlığı təmin edib.
Məlumat üçün bildirək ki, ödənişləri həmçinin veb-sayt vasitəsilə və mobil tətbiqi yükləyərək asanlıqla yerinə yetirmək mümkündür.
Vətəndaşlar ödənişləri “Mpay” ilə idarə etməyin rahatlığından zövq ala bilərlər.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay “Mpay” QSC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.
Oxşar xəbərlər
Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunur
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Azərkosmos Çinin “StarWin” şirkəti ilə əməkdaşlıq edəcək
Naxçıvanda yeni binalarda smart-kart tipli elektrik sayğacları quraşdırılıb
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








