Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib
sizinxeber.az xəbər saytı

Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib


Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün mərkəzi bankçılıq və maliyyə sahəsi üzrə məlumatlılığın artırılması məqsədilə təlimlərin təşkili davam etdirilir. Beləliklə, bu istiqamətdə keçirilən növbəti təlim “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” mövzusuna həsr olunub.

"Sizinxeber.az-Economics" xəbər verir ki, təlim çərçivəsində maliyyə sabitliyi və onun təmin olunması üzrə fəaliyyətin mərhələləri, eləcə də maliyyə sabitliyinə təhdid yaradacaq sistem risklərinin təhlilinə dair məlumatlar paylaşılıb. Maliyyə sabitliyinə təsir edən amillərdən bəhs olunarkən daxili və xarici faktorlar üzrə nümunələr nəzərdən keçirilib. Həmçinin təlim iştirakçılarına stres-testləşmənin növləri və strukturu izah olunaraq bəzi ssenarilər üzrə testləşmə nəticələrinə və təsir kanallarına dair misallar təqdim olunub.

Təlimdə media nümayəndələrini maraqlandıran məqamlar da cavablandırılıb.

Oxşar xəbərlər

AMB-də “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib
Mərkəzi Bank “Yaşıl maliyyə” mövzusunda təlim keçirib
İqlim trendləri və onun makro-fiskal təsirlərini dövlət qurumları müzakirə edib
Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrini genişləndirir
FHN-in Aran Regional Mərkəzi gecə təlimi keçirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər