Azərbaycanda Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü qaydası təsdiqlənib
sizinxeber.az xəbər saytı

Azərbaycanda Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü qaydası təsdiqlənib


Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə Qaydası”nı təsdiqləyib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar iyulun 1-dən tətbiq edilir.

Qərara əsasən, sözügedən Qayda Rəqabət Məcəlləsinin 9.3-cü maddəsinin icrası məqsədilə hazırlanıb və həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq Məcəllənin tələblərinin pozulmasına görə Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları və cərimələrdən daxil olan vəsaitin bölgüsü və istifadə qaydasını müəyyən edir.

Büdcədənkənar vəsait ölkənin mülkiyyəti hesab olunur, İqtisadiyyat Nazirliyinin sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

Oxşar xəbərlər

Azərbaycanda bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyənləşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vergi Məcəlləsi dəyişdi - Fərman [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda dövlətə aid torpaqlar bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Marketlərdə ucuzlaşma OLACAQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər