AMB: Bəzi kreditlərin bahalaşması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil
sizinxeber.az xəbər saytı

AMB: Bəzi kreditlərin bahalaşması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil


Azərbaycanda bəzi kreditlərin faizinin artması məcburi ehtiyat normalarının artırılması ilə bağlı deyil.

“Report” xəbər verir ki, bunu Azəbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

"Biz məcburi ehtiyat normalarının faizlərə təsirini görmürük. Bunun əsas səbəbi profisitli büdcə fonunda hökumət hesablarında likvidliyin artmasıdır. Bu da likvidliyə azaldıcı təsir edib. Bu səbəbdən biz sterilizaiya əməliyyatlarımızın həcmini azaltmışıq ki, bazar tarazlaşsın. Növbəti aylarda da məcburi ehtiyat normalarının faiz dərəcələrinə təsirini gözləmirik. Əksinə, düşünürük ki, büdcə xərcləri icra edildikcə 3-4-cü rübdə likvidlik artacaq. Ehtimal var ki, yenidən sterilizasiya əməliyyatlarının həcmini artıraq", - deyə o qeyd edib.

"Yeni verilmiş kreditlər üzrə orta faiz həm fiziki, həm də hüquqi şəxslər daxil olmaçqla 2023-cü ilin dekabrında 15,3 %, bu ilin iyun ayında isə 15 % olub", - deyə sədr əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanda bu məhsullar bahalaşacaq - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: "Azərbaycan bankları bu ildən broker xidmətləri göstərəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il minimum maaş artırılacaq? - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: Pul siyasətinin sərtləşməsinə getməyəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: "COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər