AZAL sərfəli uçuşlar üçün 25%-dək endirimlə səyahət imkanı təklif edir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlər üçün “Payız gəlmədən endirimi gəldi!” adlı yeni kampaniyaya start verib.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, endirim kampaniyasından yararlanmaq üçün onlayn bilet alışı zamanı “FLY25” promokodundan istifadə etmək kifayətdir: "Aksiyanın şərtlərinə əsasən, sərnişinlər 3 avqust 2025-ci il tarixinə kimi AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 25%-dək endirimlə aviaşirkətin rəsmi və ya əldə edə bilərlər".
Vurğulanır ki, təklif 23 sentyabr – 25 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur. Bu müddət ərzində sərnişinlər AZAL-ın Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən 40-dan çox beynəlxalq istiqamətinə endirimli şərtlərlə səyahət etmək imkanı əldə edəcəklər.
"Endirim AZAL-ın müntəzəm beynəlxalq uçuşlarında ekonom və biznes sinif tariflərinə tətbiq olunur, vergi və yığımları əhatə etmir. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli yerlərin sayı məhduddur. Səyahətinizi əvvəlcədən planlaşdıraraq payız mövsümünü AZAL-la daha sərfəli və yaddaqalan edin",-deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin
AZAL aviabiletlərə 25 % endirim edib
AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir
AZAL "Cyber Monday" kampaniyası ilə endirimlərə davam edir
AZAL “GATE20” promokodu ilə aviabiletlərə 20% endirim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












