Bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib
Tarif (qiymət) Şurasının 30 iyun 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.
Tarif (qiymət) Şurasından Sizinxeber.az-ya verilən xəbərə görə, iclasda yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərar 07.07.2025-ci il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Oxşar xəbərlər
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
200-ə yaxın dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 8-nin aşağı salınıb
Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib
Tarif Şurasından iclas: Dərman qiymətləri...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












