Asiya İnkişaf Bankı Azərbaycanın daxil olduğu region üzrə yeni baş direktor təyin edib
Asiya İnkişaf Bankı (ADB,AİB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.
Bu barədə "Sizinxeber.az-Economics"ə AİB-dən bildirilib. Qeyd edilib ki, Leah Gutierrezi AİB-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.
Xatırladaq ki, xanım Gutierrez 25 ili AİB-də olmaqla ümumilikdə 40 ildən çox peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər AİB-in maliyyə, insan kapitalı və sosial inkişaf, dövlət idarəetməsi və idarəçilik sahələrini əhatə edən Sektorlar üzrə 3-cü Departamentin Baş direktoru, həmçinin AİB-in Sakit Okean Regional Departamentinin keçmiş Baş direktoru olub. Xanım Gutierrez AİB-in Strategiya, Siyasət və Tərəfdaşlıqlar Departamenti, Cənub-Şərqi Asiya Regional Departamenti və Katiblik Ofisində də yüksək vəzifələrdə çalışıb.
Oxşar xəbərlər
ADB Azərbaycanın da daxil olduğu regiona yeni rəhbər təyin edib
AİB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
Asiya İnkişaf Bankına yeni prezident seçilib
ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb
ADB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












