Azərbaycanda dövlət bankının rəhbərliyinə təyinat olub
"Azər Türk Bank"ın (ATB) rəhbərliyinə daha bir təyinat olub.
"Sizinxeber.az-Economics"in bankdan əldə etdiyi məlumata görə, Ülvi Yusifov dövlət bankının İdarə Heyətinə yeni üzv seçilib.
Bununla da ATB-nin idarə heyətinin tərkibi sədr Orxan Hüseynovla birlikdə 5 nəfərdən ibarət olub.
Qeyd edək ki, Ülvi Yusifov 2008-ci ildən Azərbaycan Mərkəzi Bankında fəaliyyətə başlayıb. Bank sektorunda müxtəlif sahələrdə çalışıb. 2017-ci ildən “Bank of Baku”da departament direktoru, 2022-ci ildə isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini və baş maliyyə inzibatçısı təyin edilmişdi.
Xatırladaq ki, “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə (SOCAR və ƏMDX), 12,37%-i “Ziraat Bank Azərbaycan”a, 1,08%-i “ Ziraat Bank International”a, 6,55%-i “AzRe Reinsurance” təkrarsığorta şirkətinə və 5%-i isə “Qala Həyat” sığorta şirkətinə aiddir.

Oxşar xəbərlər
"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - EKSKLÜZİV
"Bank of Baku"nun Müşahidə Şurasına yeni təyinatlar olub
"Kapital Bank" və "Ziraat Bank Azərbaycan"ın rəhbərliyinə yeni təyinatlar olub
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












