“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi işsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına dəstək göstərilməsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasıdır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, sənədin imzalanması mərasimində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib və bankın əmək yarmarkalarında, özünəməşğulluq proqramında, eləcə də digər sosial layihələrdə aktiv iştirakını vurğulayıb. Sədr bildirib ki, imzalanan memorandum dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə çıxışında işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib və Rabitəbankın Agentliyin fəal sosial tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Memorandum çərçivəsində həmçinin innovativ layihələrin, sosial təşviqedici tədbir və forumların təşkili planlaşdırılır. Bu əməkdaşlıq həm işsiz şəxslərin peşə hazırlığının keyfiyyətinin artırılmasına, həm də işəgötürənlərə işçi qüvvəsinin təminatına yönəlib.
Qeyd edək ki, Rabitəbank ilə Dövlət Məşğulluq Agentliyi arasında imzalanan bu memorandum, maliyyə sektoru ilə məşğulluq orqanı arasında reallaşan ilk əməkdaşlıqdır. Bu sənəd həm peşəkar innovasiya körpüsünü yaradaraq, həm də əmək bazarında yeni üfüqlər açaraq ölkəmizdə əməkdaşlığın yeni çağının başlanğıcı kimi yadda qalacaq.
Oxşar xəbərlər
Bu ilin 11 ayında aktiv məşğulluq tədbirləri ilə əhatə olunanların sayı açıqlanıb
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Gözdən əlilliyi olan “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verilib
Talış kəndinə köçürülən sakinlərdən 40 nəfərin məşğulluğu təmin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












