
"Expressbank"ın faiz gəlirləri 28 % artıb

"Expressbank"ın faiz gəlirləri 28 % artıb
"Expressbank" ASC bu ilin ll rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın bu dövrdə əldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığı, müştəri etimadı və bazarda artan aktivliyi ilə bağlı müsbət nəticələri əks etdirir.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın kreditlər üzrə faiz gəlirləri 28 %-lik artımla 38 milyon manata yaxınlaşıb. Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir. Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib. Ümumilikdə isə Bankın faiz gəlirləri ötən dövrlə müqayisədə 23 %-dən çox artım göstərərək 39 milyon manatı ötüb.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 237 milyon manatı ötüb. Bu, əvvəlki dövrlə müqayisədə 35 milyon manata yaxın, təxminən 17% -dən çox artım deməkdir. Bu artım "Expressbank"ın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.
Cari ilin ilk 6 ayı üzrə Bankın əməliyyat mənfəəti 10 milyon 585 min AZN, məqsədli ehtiyatlar və vergi xərcləri çıxıldıqdan sonra xalis mənfəət 4 milyon 298 min AZN təşkil edir.
"Expressbank" II rübdə nümayiş etdirdiyi bu nəticələrlə bank sektorunda müsbət dinamika nümayiş etdirən dayanıqlı maliyyə qurumlarından biri kimi çıxış etməyə davam edir. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ötən ilin oktyabr ayında "Expressbank"ın uzunmüddətli emitent defolt reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə yüksəldib və proqnozunu “sabit” olaraq müəyyən edib. Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır.
“Expressbank” 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" – İşiniz rahat getsin!