"Bank Respublika" I yarımildə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib
sizinxeber.az xəbər saytı

"Bank Respublika" I yarımildə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib


"Bank Respublika" ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" bu ilin I yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

Hesabata əsasən, Bank ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində sabir və dayanıqlı artım nümayiş etdirib.

Bu uğurlar müştəriyönümlü strategiyanın, rəqəmsal texnologiyalara yatırılan investisiyaların, risklərin effektiv idarə edilməsininşaxələndirilmiş biznes modelinin nəticəsidir.

Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:

  • Aktivlər 19,5 % artaraq 2,66 milyard manata çatıb
  • Məcmu kapital 23,8 % artaraq 240,04 milyon manata yüksəlib
  • Kredit portfeli 22,8 % artaraq 1,53 milyard manata çatıb
  • Xalis faiz gəlirləri 15,1 % artaraq 81,6 milyon manat təşkil edib
  • Xalis əməliyyat mənfəəti 14,1 % artaraq 35,86 milyon manata çatıb
  • Xalis mənfəət 14,7 % artaraq 27,9 milyon manat təşkil edib

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,35 % (norma 6,5 %)
  • Məcmu kapitalın adekvatlıq əmsalı — 14,1 % (norma 12,5 %)
  • Leverec əmsalı — 5,9 % (norma 5 %)

1992-ci ildə təsis olunmuş "Bank Respublika" bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan "Sparkassen International Development Trust" ("Sparkassen-Finanzgruppe"nin üzvü) da yer alır.

Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr:  Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144

Oxşar xəbərlər

"Rabitəbank" I rübün maliyyə göstəricilərini açıqlayıb
"Yelo Bank" I rübdə pozitiv artım dinamikası nümayiş etdirib
"Yelo Bank" III rübü uğurlu göstəricilərlə başa vurub
"Bank Respublika"dan 2024-cü ilin nəzərəçarpan göstəriciləri - YENİ REKORD
"Yelo Bank" ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər