Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiq edib
sizinxeber.az xəbər saytı

Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiq edib


Prezident İlham Əliyev Milli Məclisin iyunun 24-də qəbul etdiyi Vergi Məcəlləsində, eləcə də "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər ve ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik olunması barədə qanunu təsdiq edib.

"Sizinxeber.az" xəbər verir ki, yeniliyə əsasən, Azərbaycanda bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Bu sistem dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyələşdirir.

Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.

Qanunda vurğulanıb ki, 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edəcək.

Oxşar xəbərlər

Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılır
Milli Məclisin növbədənkənar sessiyası üzə növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasının gündəliyi açıqlanıb
Siyavuş Novruzov: "Bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısını alacaq"
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər