Mərkəzi Bankda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
Mərkəzi Bank maliyyə və bankçılıq sahəsində məlumatlılığın artırılması məqsədilə media nümayəndələrinin peşəkar inkişafının dəstəklənməsini davam etdirir. Bu istiqamətdə Milli Mətbuat Günü münasibətilə “Mərkəzi Bankın pul siyasəti, proqnozlaşdırma və onların kommunikasiyası” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı pul siyasətinin mahiyyəti və qiymət sabitliyinin əhəmiyyəti diqqətə çatdırılıb. Mərkəzi Bankın pul siyasətinin yeni əməliyyat çərçivəsi, pul siyasəti alətləri, təhlil və proqnozlaşdırma prosesi və digər mövzular müzakirə olunub. Təlimdə pul siyasətinin ictimaiyyətə effektiv çatdırılması üsulları da əhatə olunub və media nümayəndələrinin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.
Mərkəzi Bankın nümayəndələri milli mətbuatın yaradılmasının 150-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib.
Oxşar xəbərlər
Mərkəzi Bank “Yaşıl maliyyə” mövzusunda təlim keçirib
Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib
Mərkəzi Bank 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib
Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib
Mərkəzi bankçılığın 105 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













