Fond: İpoteka kreditlərinin maksimal məbləğinin artırılması zərurəti yoxdur
Bu gün İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditlərin maksimal məbləğinin (150 min manat) artırılmasına zərurət yoxdur.
"Report" xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.
"Hazırda kreditlərin orta məbləği 102 min manatdır. Bu göstərici 150 min manata yaxınlaşsa, kreditlərin yuxarı həddinə baxa bilərik. İndiki halda ipoteka ilə təmin olunan məbləğin artırılması ölkə iqtisadiyyatına multiplikativ təsir göstərə, daşınmaz əmlak bazarında volatilliliyi artıra bilər. Bizim məqsədimiz aşağı və orta gəlirli vətəndaşlarımızın ipotekaya çıxışının təmin edilməsidir. Əgər kimsə daha yuxarı məbləğdə kredit və yaxud daha bahalı əmlak almaq istəyirsə, bankların daxili ipoteka proqramından faydalana bilər. Fondun məqsədi cəlb edilmiş resurslarla daha çox vətəndaşın mənzil təminatını yaxşılaşdırmaqdır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub
İpoteka və Kredit Zəmanət Fondu sığorta müqavilələrinin sayını açıqlayıb
Naxçıvanda dövlət xəttilə verilən ipoteka kreditlərinin maksimal məbləği artırılıb
Azərbaycanda I rübdə dövlət xətti ilə 1 300-ə yaxın ipoteka krediti verilib
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













