AMB: Azərbaycanın üzv olduğu iki beynəlxalq maliyyə təşkilatı manatla istiqraz buraxacaq
Azərbaycanın üzv olduğu iki beynəlxalq maliyyə təşkilatı yerli valyutada istiqraz emissiyasını planlaşdırır.
Bunu "Report"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Strategiya və layihə idarəetməsi departamentinin direktoru Fuad Cəfərov bildirib.
Onun sözlərinə görə, hazırda “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”na dəyişiklik layihəsi hazırlanır.
"Cari ildə də əsas məqsədimiz ölkədə maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun dayanıqlı inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi olacaq. Belə ki, bank, sığorta və kapital bazarlarının inkişafı, normativ və institusional çərçivənin gücləndirilməsi, vətəndaşların maliyyə savadlılığının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi sahələr əsas prioritetlər arasında yer alacaqdır", - F. Cəfərov qeyd edib.
Kapital bazarları istiqamətində beynəlxalq əməkdaşlığa toxunaraq, departament direktoru vurğulayıb ki, Mərkəzi Bank Qiymətli Kağızlar üzrə Beynəlxalq Komissiyalar Təşkilatına (IOSCO) imtiyazlı üzv statusunun əldə edilməsi məqsədilə Anlaşma Memorandumun imzalanmasını planlaşdırılır.
Oxşar xəbərlər
Fuad Cəfərov: “Azərbaycanın üzv olduğu iki beynəlxalq maliyyə təşkilatı manatla istiqraz buraxacaq” - MÜSAHİBƏ
Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib
Umeyra İbrahimova: "Kapital bazarının inkişafı iqtisadi artımın stimullaşdırılmasında həlledici rol oynayacaq"
Mərkəzi Asiyada dayanıqlı "yaşıl maliyyə"nin cəlbi ilə bağlı əsas maneələr açıqlanıb
Azərbaycanda "yaşıl istiqraz"la bağlı qanunvericilik qüvvəyə minəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













