Azərbaycan Gürcüstan və Qazaxıstan nəqliyyat vasitələrinə "Yaşıl Kart" tariflərini azaldıb
Azərbaycan Gürcüstan və Qazaxıstan avtomobilllərinə "Yaşıl Kart" üzrə tarifləri azaldıb.
"APA-Economics" xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın "Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edilib. AMB sədri Taleh Kazımov bununla bağlı qərar imzalayıb.
Dəyişikliyə əsasən, "Yaşıl Kart" müqavilələri üzrə Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları azaldılıb.
Bundan əlavə, "Yaşıl Kart" müqavilələri üzrə sistemə daxil olan digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları yenilənib.
Oxşar xəbərlər
Elektromobil sahiblərinin NƏZƏRİNƏ - Yeni qərar İMZALANDI
AMB Gürcüstan və Qazaxıstandan olan sürücülərə "Yaşıl Kart" satışı ilə bağlı qərarına yenidən baxıb
Azad edilmiş ərazilərdə “Yaşıl Kart” sığorta xidmətindən istifadə mümkün olacaq
Vüsal Məsiyev: “Yaşıl kart” sığorta sistemi tam elektronlaşdırılıb"
İSB: “Yaşıl Kart” xidməti işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













