“Azərbaycan Nəşriyyatı”nın zərəri 14 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

“Azərbaycan Nəşriyyatı”nın zərəri 14 %-dən çox artıb


Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ili 1,842 milyon manat zərərlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,4 % çoxdur.

Ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5,663 milyon manat (əvvəlki ilə nisbətən 0,6 % az), xərcləri isə 7,506 milyon manat (2,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 31,112 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 18,7 % azalaraq 762 min manata, balans kapitalı isə 5,7 % azalaraq 30,35 milyon manata düşüb.

Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan Nəşriyyatı"nın təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Oxşar xəbərlər

"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
“Azəralüminium”un xalis mənfəəti 9 dəfə azalıb
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
"Azəristiliktəchizat"ın yığılmış zərəri 120 milyon manata yaxınlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər