AMB: Rəqəmsal ödəniş ekosistemi modelləri tətbiq oluna bilər
Azərbaycanda neobankların təcrübəsi əsasında innovativ bank xidmətləri tətbiq oluna bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Ülfət Yusifov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.
Onun sözlərinə görə, Azərbaycanda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə beynəlxalq təcrübəyə əsaslanan innovativ maliyyə xidmətlərinin, o cümlədən rəqəmsal ödəniş ekosistemi modellərinin tətbiqi nəzərdən keçirilir: "Aparılmış bazar və beynəlxalq təcrübə araşdırmaları göstərir ki, bu cür modellər son dövrlərdə qlobal trendlər arasında yer alır, xüsusilə inkişaf etmiş ölkələrdə artıq əsasən neobanklar və elektron pul təşkilatları onları geniş şəkildə tətbiq edir. Biz hesab edirik ki, bu istiqamətdə Azərbaycanda da belə xidmətlərin tətbiqi istifadəçilər üçün daha rahat və məqsədəuyğun ola bilər".
Oxşar xəbərlər
Azərbaycanda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun dəyişəcək
Bir ekosistemi "Money 20/20 Europe" tədbirində: "PashaPay" və "Mastercard" strateji əməkdaşlığa başlayır
ABA: İnnovasiya mərkəzi laboratoriyaları maliyyə ekosisteminin gələcək inkişafı üçün əhəmiyyətlidir
Orxan Məmmədov: “Biznesin maliyyə əlçatanlığı qlobal bir çağırış olaraq qalmaqdadır”
"Hexagon": Azərbaycanda yağmur meşələrinin qorunması layihəsi tətbiq oluna bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













