Moldovanın Kredit Bürosu öz məhsulunu Azərbaycan bazarına çıxarmağa çalışır
sizinxeber.az xəbər saytı

Moldovanın Kredit Bürosu öz məhsulunu Azərbaycan bazarına çıxarmağa çalışır


Moldovanın Kredit Bürosu 30 min avro xərc çəkməklə Azərbaycanda da istifadə oluna biləcək yeni nəsil elektron imza məhsulu yaradıb.

"Report" xəbər verir ki, bunu Büronun təsisçisi və rəhbəri Vyaçaslav Mirzə Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında bildirib.

"Elektron imza məhsuluna gedən yol üç il çəkdi. Problem ondaydı ki, bazarda EIDAS (Electronic Identification, Authentication and Trust Services) standartlarına uyğun elektron imza hazırlaya biləcək mütəxəssislər sadəcə yox idi. İki şirkət mənim məhsulum üzərində ixtisaslaşdı, onu hazırladı, amma bu məhsulun EIDAS-a uyğunlaşdırılması üçün əlavə biliklər kifayət etmirdi", - deyə o qeyd edib.

Qonağın sözlərinə görə, hazırda bazarda 4-5 oyunçu var ki, onlar bir-birini sertifikatlaşdırır: "Bu sistemə daxil olmaq çox çətindir. Onlarla əməkdaşlıq etmədən EIDAS-a uyğun məhsul yaratmaq faktiki olaraq mümkün deyil".

EIDAS Avropa İttifaqının elektron identifikasiya və etibarlı xidmətlərə dair standartıdır. Bu standart, üzv ölkələr arasında elektron imzaların hüquqi tanınmasını təmin edir və rəqəmsal sənədlərin təhlükəsizliyini, etibarlılığını artırmaq məqsədi daşıyır.

Oxşar xəbərlər

 “SİMA İmza” ilə “Azpulmat”da kreditini anında rəsmiləşdir!
“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu
Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu
“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala
Elçin Həbibov: "ASİB ölkələri ilə yeni məhsullar hazırlamaq üçün əməkdaşlıq edirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər