İsveçin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi kəskin artıb
2025-ci ilin I rübündə İsveçin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların həcmi 18 milyon 682 min ABŞ dolları təşkil edib.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 dəfə və ya 18 milyon 431 min ABŞ dolları artım deməkdir.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 315 milyon 116 min ABŞ dolları, Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların məbləği isə 1 milyard 519 milyon ABŞ dolları təşkil edib. Beləliklə, İsveçrədən ölkəyə yatırılan birbaşa investisiyaların həcmi ümumi cəb edilmiş investisiyaların 1.2%-nə bərabər olub.
Oxşar xəbərlər
Finlandiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi kəskin artıb
Azərbaycandan İspaniya iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 dəfədən çox artıb
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Ötən ay Azərbaycan iqtisadiyyatına 787 mln. manat investisiya yatırılıb
Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













