Sizinxeber.az » İqtisadiyyat » Maliyyə » Azərbaycanda ilk dəfə RPA Community yaradılıb

Azərbaycanda ilk dəfə RPA Community yaradılıb

Azərbaycanın aparıcı şirkətləri olan ABB, Azercell, Bank Respublika, Kapital Bank, PAŞA Bank, PAŞA Həyat, PAŞA Holding, PAŞA Sığorta, Rabitəbank və Unibank’ın birgə təşəbbüsü ilə RPA Community yaradılıb.

"APA-Economics" xəbər verir ki, bu icma ölkəmizdə Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) sahəsinə əhəmiyyətli töhfə verməklə rəqəmsal transformasiyanı təşviq etmək və şirkətlər arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Bu çərçivədə 15 iyul tarixində RPA Community iştirakçılarının ilk görüşü baş tutdu. Müxtəlif şirkətlərdən olan iştirakçılar proseslərin avtomatlaşdırılmasında RPA-nın tətbiqi, səmərəliliyin artırılması strategiyaları və əməliyyat xərclərinin azaldılması üsullarını müzakirə edərək öz təcrübələrini paylaşmaq üçün bir araya gəldilər. Həmçinin görüşdə PAŞA Həyat şirkətinin əməkdaşları şirkətdə tətbiq olunan proses və RPA haqda təqdimat etdilər.

Məlumat verək ki, RPA müəssisələrə proqram robotlarından istifadə edərək gündəlik və təkrarlanan tapşırıqları avtomatlaşdırmağa imkan verən texnologiyadır. Bu botlar sadə məlumatların daxil edilməsi işlərindən tutmuş mürəkkəb proseslərinə qədər bir çox işi insan müdaxiləsi olmadan yerinə yetirmək üçün insan hərəkətlərini təqlid edə bilər. RPA alətləri tətbiqlər, sistemlər və məlumatlar ilə insanlara bənzər şəkildə, lakin daha yüksək sürət, dəqiqlik və ardıcıllıqla qarşılıqlı əlaqə yaratmaq üçün nəzərdə tutulmuşdur.

Tədbirin sonunda iştirakçılar arasında geniş netvörkinq və əlaqələrin ötürülməsi təşkil olundu və gələcəkdə daha çox belə tədbirlərin keçiriləcəyi bildirildi. Qeyd edək ki, bu təşəbbüs, Azərbaycanda RPA texnologiyasının yayılmasına və bu sahədə yeni imkanların yaradılmasına əhəmiyyətli bir töhfə verəcəkdir.

PAŞA Həyat şirkəti RPA Community’nin ilk görüş tədbirini təşkil edərək RPA Community yardılmasında təşəbbüskar addım atıb.

Bu birliyə qoşulmaq üçün RPA Communyti’nin sosial şəbəkə səhifələrini izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61562337032890

Instagram: https://www.instagram.com/rpacommunity.aze/

Linkedin: https://www.linkedin.com/company/104562182/admin/dashboard/

Telegram: https://t.me/rpacommunityazerbaijan

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib