“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
17:00

“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü

20 in, 2025
17:00
751

“Bank of Baku”dan könüllü qanvermə təşəbbüsü

"Bank of Baku" ASC mütəmadi qan ehtiyacı olan insanlara dəstək məqsədilə “Qanında həyat var!” şüarı ilə bu il də yenidən qanvermə aksiyası təşkil edib.

İyunun 19-da Respublika Qan Bankı ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan aksiyada bankın rəhbər şəxsləri və əməkdaşları iştirak edərək könüllü qan veriblər.

Qan donoru olmaq istəyən hər bir əməkdaşın ümumi sağlamlıq vəziyyəti Respublika Qan Bankının peşəkar həkim-hemotoloqları tərəfindən hərtərəfli dəyərləndirilib və qan verməyə uyğun olan şəxslərdən tibbi briqdanın nəzarətində qan alınıb.

Götürülmüş qan nümunələri Respublika Qan Bankında bir daha müvafiq yoxlamalardan keçdikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.

"Bank of Baku" bu cür layihələrlə cəmiyyətin rifahı naminə birgə fəaliyyətin önəmini bir daha vurğulayır və bənzər sosial layihələrini gələcəkdə də davam etdirməyi planlaşdırır.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Bizimlə əlaqə saxlayın