Monteneqro ilə vergi sahəsində təcrübə mübadiləsi aparılacaq
sizinxeber.az xəbər saytı

Monteneqro ilə vergi sahəsində təcrübə mübadiləsi aparılacaq


Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Monteneqro Respublikasının Vergi Administrasiyasının icraçı direktoru Sava Laketiç ilə görüş keçirib.

Bu barədə “Sizinxeber.az-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran istiqamətlər və institusional inkişaf sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub. Tərəflər vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və vergi intizamının gücləndirilməsi mövzularında fikir mübadiləsi aparıblar.

Orxan Nəzərli bildirib ki, Dövlət Vergi Xidməti beynəlxalq tərəfdaşlarla, xüsusilə də oxşar inkişaf mərhələsində olan qurumlarla qarşılıqlı əməkdaşlığa böyük önəm verir. DVX rəisi Monteneqro ilə vergi sahəsində bilik və təcrübə mübadiləsinin gələcəkdə hər iki tərəf üçün faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, Sava Laketiç Monteneqro vergi administrasiyasında həyata keçirilən islahatlar və modernləşmə prosesləri barədə məlumat verərək, Azərbaycanla bu sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib.

Oxşar xəbərlər

Azərbaycan Monteneqro ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
Latviya ilə vergi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və Almaniya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
Azərbaycanla Sinqapurun vergi inzibatçılığı sahəsində hüquqi-normativ bazasının yaradılması müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər