Fitch: Manatın dollara bağlılığının saxlanması Azərbaycanın siyasi prioriteti olaraq qalır
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” iqtidarın orta müddətli perspektivdə valyuta çevikliyini artırmaq planlarına baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığının saxlanmasını əsas siyasi prioritet kimi qiymətləndirir.
Bu barədə “Report” agentliyin hesabatına istinadən xəbər verir.
“Fitch” qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi alətlərini inkişaf etdirməyə davam edir, həmçinin pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliyini gücləndirir.
“Bununla belə, monetar qərarların transmissiyası bir sıra amillər səbəbindən məhdud olaraq qalır, xüsusilə də daxili pul bazarlarının yetərincə inkişaf etməməsi, bank sistemində həddindən artıq likvidlik, nisbətən yüksək dollarlaşma: 2025-ci ilin aprel ayına depozitlərin 40 %-i azalma tendensiyasına baxmayaraq, xarici valyutada qalır”, – agentliyin analitikləri vurğulayıb.
Oxşar xəbərlər
“Fitch": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirməyəcək
“Fitch” 2025-ci ildə Azərbaycanda inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır
"Fitch Ratings": Azərbaycanda valyuta riskinə qarşı həssaslıq azaldılıb
“Fitch” Azərbaycanın investisiya reytinqini təsdiqləyərək “BBB”yə qədər yüksəldib
“Fitch”: MDB+ ölkələrinin bankları 2025-ci ildə avrobond emissiyasını yüksək səviyyədə saxlaya bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













