“Fitch” 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 3,5 % artacağını proqnozlaşdırır
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,5 %, 2026-cı ildə isə 2,5 % artacağını gözləyir.
Bu barədə “Sizinxeber.az” agentliyin hesabatına istinadən məlumat yayıb.
Müqayisə üçün, 2024-cü ilin yekunlarına görə ÜDM artımı 4,1 % səviyyəsində qiymətləndirilir.
“Fitch”in hesabatına əsasən, iqtisadi artımın əsas amilləri dövlət investisiyaları və qeyri-karbohidrogen sektorlarının inkişafı olacaq.
Eyni zamanda, agentlik iqtisadi diversifikasiya istiqamətində irəliləyişin məhdud qaldığını vurğulayır. Karbohidrogen sektoru hələ də ÜDM-in 32 %-ni və ölkə ixracının 90 %-ə qədərini təmin edir.
“Fitch” iqtisadiyyatın diversifikasiyasını ləngidən amillər arasında iqtisadiyyatda dövlətin əhəmiyyətli iştirakını, məhdud maliyyə vasitəçiliyini, qeyri-enerji sektorlarına birbaşa xarici investisiyaların aşağı səviyyəsinə diqqət çəkir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın real ÜDM-i illik ifadədə 1,5 % artıb, bu artım əsasən həmin dövrdə 3,9 % böyüyən qeyri-karbohidrogen iqtisadiyyatı hesabına təmin edilib.
Oxşar xəbərlər
AİB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb
“Fitch” Azərbaycanın ixrac gəlirlərinin “Qarabağ” yatağının işlənməsi, şist nefti hasilatı hesabına artacağını gözləyir
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
“Fitch” Azərbaycanın inflyasiya və iqtisadi artım proqnozlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












