Sabah Bakının iki rayonunda qaz olmayacaq
sizinxeber.az xəbər saytı

Sabah Bakının iki rayonunda qaz olmayacaq




Sabah Bakının Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Sizinxeber.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, “Ramana” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə avqustun 28-də saat 15:55-dən etibarən qaz təchizatı dayandırılıb.

Təmir-bərpa işləri ilə əlaqədar Sabunçu rayonunun Ramana qəsəbəsinin, Yeni Ramana qəsəbəsinin D.Bünyadzadə, H.Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin tam olaraq, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Sizinxeber.az

Oxşar xəbərlər

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq
Sabah üç rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sakinlərin NƏZƏRİNƏ! - Sabah üç rayonda qaz olmayacaq
Bakının 4 rayonunun qaz təchizatında fasilə yaranacaq
Sabah Nəsimi rayonunun bir hissəsində qaz olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər