Azərbaycanda meyvə-tərəvəzin qiyməti niyə keçən illə müqayisədə bahalaşıb? - AÇIQLAMA
Son zamanlar mövsümi meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Ötən illə müqayisədə qiymətlər arasında xeyli fərq olduğunu bildirirlər. İqtisatçı ekspertlər bunu təbiət hadisələrinin – leysan, dolu, yağışın vurduğu zərər səbəbindən kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərməsi ilə əlaqələndirirlər.
Bəs mövsümi meyvə-tərəvəzin qiyməti ötən illə müqayisədə nə dərəcə fərqlənir? Əgər qiymət artımı varsa, səbəb nədir?
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli BAKU.WS-in suallarını cavablandırıb.
“Mövsümi meyvələrin qiyməti təəssüflər olsun ki, keçən illə müqayisədə xeyirli dərəcədə artıb. Son zamanalr apardığımız araşdırmalar onu deməyə əsas verir ki, keçən illə müqayisədə pomidorun qiyməti 2 dəfədən çox yüksəkdir. Digər tərəvəzlərdə də qiymət artımı var.
Başqa bir problem isə qiymətin artmasına baxmayaraq keyfiyyətin aşağı düşməsidir. Bu da onun bağlıdır ki, Azərbaycanda meyvə-tərəvəz istehsalı azalıb. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi bu ilin yarımilliyində istehsalda artım göstərib", - deyə ekspert bildirib.
Vahid Məhərrəmlinin sözlərinə görə, Azərbaycan bu il daha çox meyvə-tərəvəz idxal edib və əvvəlki ilin eyni dövrünə nisbətən, bu rəqəm 18% daha çoxdur. Eyni zamanda, ötən illə müqayisədə 8% daha az meyvə-tərəvəz ixracı olub. Bu da o deməkdir ki, daha az ixrac, daha çox idxala etmişik.
İdxal olunan məhsullar Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan və digər ölkələrdən gətirilir.
Ekspert bəzi iqtisadçıların qiymət artımının hava şəraiti ilə əlaqələndirmələri ilə razı deyil. O, hesab edir ki, bu yanlışdır: "Hər şey insanın öz əlindədir. Əgər bizim aqronomlar kifayət qədər peşəkar olsa, öz sahələrini mükəmməl bilsələr, vaxtlı-vaxtında aqrotexniki qaydalara əməl etsələr, ölkədə həm məhsuldarlıq artar, həm də məhsulun keyfiyyəti yaxşılaşar. Bu sahə üzrə maarifləndirmə işləri aparılmır. Məsələn, Almaniyada bir sahəni icarəyə veriləndə həmin şəxsi imtahandan keçirirlər. Bu səbəbdən də Azərbaycanda 1 ha sahədən 30 s, Almaniyada isə 75 s buğda əldə olunur.
Hazırda iqlim dəyişikliyi müşahidə edilir. Bu da yeni yanaşmanı tələb edir. Çünki stuatsiya dəyişdikcə, bitkinin tələbatı da dəyişir.
Başqa bir səbəb isə meyvə-tərəvəz bazarının inhisarda olmasıdır. Əgər belə olmasaydı sahibkarlar asanlıqla məhsulu gətirib daha ucuz qiymətə bazara çıxara bilərdi. Bu səbədən Azərbaycanda meyvə-tərəvəzin qiyməti qonşu ölkələrlə müqayisədə daha yüksəkdir”.

Oxşar xəbərlər
Bakıda daşınmaz əmlak bu qədər bahalaşacaq – Qiymətlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yumurta BAHALAŞDI - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Bu məhsul UCUZLAŞDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərsinə "işləyən" bazar sistemi: Rusiyaya tonlarla satılan və "kiçilən" yumurta bu dəfə niyə bahalaşdı? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












