Dolları olanlar mütləq bu xəbəri oxusun
"Baş nazirin imzaladığı yeni qərarla valyutanın ölkədən çıxışı ilə bağlı yeni qaydalar müəyyənləşdirilib və eyni zamanda indikatorların sayı dəqiqləşdirilib. Yeni qaydalarla tələb olunan hallarda qanunvericiliyin tələb etdiyi məbləğdə vəsaitlər əgər bəyan edilmirsə və ya bəyannamə təqdim olunmursa, onların yoxlanışı zamanı həmin valyutanın ölkədən çıxışı məhdudlaşdırılır və ya dayandırılır".
Bunu Sizinxeber.az-ə VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, indiqatorlar olaraq bu zaman gömrük işi üzrə əvvəllər məhkum olunmuş və bu istiqamətdəki məhkumluq da nəzərə alınmaqla qərarlar verilib və indiqatorların siyahısına əlavə olunub:
"Ona görə də vətəndaşlarımız, əgər xaricə gedən zaman daha böyük məbləğdə vəsaitlə gedirlərsə, onu bəyan etməyə ehtiyac var. Çünki bəyannamənin təqdim olunmaması bu hallarda valyutanın ölkədən aparılmasının dayandırılmasına və eyni zamanda bununla bağlı araşdırmanın aparılmasına gətirib çıxara bilər. Bu kontekstdən də təbii ki, qanunvericilik qaydalarından valyutanın ölkədən çıxışının təmin edilməsi vacibdir.
Son qərarda əsas məqsəd bir tərəfdən qanunsuz olaraq ölkədən valyuta çıxışının qarşısını almaq və eyni zamanda, bu sahədə yeni indikatorları tətbiq etməklə şəffaflığın daha da artırılmasına nail olmaqdan ibarətdir. Nəzərə alsaq ki, yeni qaydalar bir müddət öncə qəbul edilən qanunvericilik tələblərinə uyğun olaraq müəyyənləşib".
Sizinxeber.az
Oxşar xəbərlər
Azərbaycanda valyutanın transsərhəd daşınmasına dair qaydalar dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Valyutanın transsərhəd daşınması zamanı hərəkətinin dayandırılmasına dair qaydalar dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu işsiz şəxslərə ödənişlər ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saxta "parkovşiklər" 2 min manatadək cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada ölkədən çıxışına məhdudiyyət qoyulan vətəndaşlar xarici pasportlarını təhvil verməli olacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












