Ərdoğan: Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam
Zəfər günümüzün beşinci ildönümündə sizinlə birlikdə olmaqdan şadam.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
"Sizə Türkiyədəki qardaşlarınızın salamını, 86 milyonun təbrikini gətirdim. Türk dünyasındakı qardaşlarımız da bu gün bizimlə eyni coşqunu yaşayır", - deyə o əlavə edib.
Türkiyə Prezidenti həmçinin bildirib ki, bu gün birlikdə 30 illik işğala son qoyan möhtəşəm Zəfərin beşinci ildönümünü qeyd edirlər:
"Qarabağın azadlığa qovuşması sadəcə Azərbaycanın deyil, Türk dünyası üçün böyük qürur mənbəyidir. Bu qələbə ortaq tariximizə qızıl hərflərlə yazılıb. Bu gün Azərbaycan əsgəri Türkiyədən gələn hərbçilərlə çiyin-çiyinə, yan-yanadır. Əsəgərlərimizə baxanda "Bir millət, iki dövlət!" şüarının nə demək olduğunu anlayırıq".
Oxşar xəbərlər
Rəcəb Tayyib Ərdoğan: “Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim”
Azərbaycan Prezidenti: Bu gün ilk dəfə Pakistan hərbçiləri də Azadlıq meydanında bizimlə bərabərdirlər
Türkiyə Prezidenti: Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyidir
İlham Əliyev: Türkiyənin verdiyi siyasi və mənəvi dəstək bizi ruhlandırırdı
Azərbaycan Prezidenti: Ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













