Ordubad şəhərinin Baş planı hazırlanır
Ordubad şəhərinin Baş planının hazırlanması ilə bağlı onlayn görüş keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, nazirliyin əməkdaşı Gülbuta Babayeva, Azərbaycan Respublikası Şəhərsalama və Arxitektura komitəsinin əməkdaşı Məzahir Hüseynov, İsveçrənin “SA Partners” şirkətinin əməkdaşları Angela Viest və İpek Kahraman iştirak edib.
Görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı Ordubad şəhərinin baş planının hazırlanması zamanı mədəniyyət abidələrinin qorunması, şəhərin ümumi tarixi görünüşünün diqqətdə saxlanılması ilə bağlı işlərin həyata keçirilməsidir.
Görüşdə qoruq ərazisində iş aparılması üçün nəzərə alınmalı olan amillər və qaydalar, qoruğun mühafizə zonasının olması və qaydaları, sərhədlərinin mövcudluğu, tikiləcək olan otel binası layihəsinin tarixi şəhər qaydalarına uyğunluğu, yeraltı su kanalları, kəhrizlərin, tunellərin sxemləri, qoruq ərazisində tikinti və bərpa işinin aparılması qaydaları və digər məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür
Azərbaycanda yeni nazirlik yaradıldı
Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır”
Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












