ASCO: “Atlet-8” kran gəmisi əsaslı təmir olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Atlet-8” kran gəmisinin əsaslı təmiri yekunlaşıb.
“Sizinxeber.az” ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. Təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik olan kranın, baş və köməkçi mühərriklərin, nasosların, boru sistemlərinin əsaslı təmir işləri aparılıb.
"Gəminin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana təmir olunub. Tərsanəyə qaldırılan gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi, hərəkət-sükan kompleksinin, dib-yan armaturlarının, protektor qurğularının təmiri, gəminin üzməsinə təhlükə yaradan gövdənin sualtı və suüstü hissəsində zədələnən sahələrin dəyişdirilməsi işləri yerinə yetirili", - məlumatda deyilirb.
Bununla yanaşı gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 1 dəst müasir tip “FURUNO FELCOM-18 İnmarsat-C” , 2 dəst stasionar “FURUNO FM-8900 UQD” radiostansiya, 1 ədəd “TRON 60AİS” tipli qəza radiomayak (EPİRB) , 1 dəst “KODEN MDC-7912” tipli radar quraşdırılıb və translyasia, naviqasiya avadanlıqları əsaslı təmir olunub.
İşlər başa çatdıqdan sonra gəminin 40 tonluq yükqaldırma qabiliyyətinə malik kran qurğusunun sınaq işləri aparılıb və test uğurla başa çatıb. Bundan sonra mexanizm və elektrik avadanlıqlarının hərəkətdə yoxlanılması məqsədilə gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan dəniz sınaq işlərindən sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Qeyd edək ki, “Atlet-8” kran gəmisinin uzunluğu 65 metr, eni 15 metrdir.
Oxşar xəbərlər
“Zəngəzur” tankeri əsaslı təmir olunub
Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib
“Xəzər Lənkəran”ın stadionu təmir edilir
Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirən yolun əsaslı təmiri başa çatır
2003-cü ildən Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu tikilib və təmir edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












