Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsi ilə almaq mümkün oldu
Sərnişinlər "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdakı kassalarında “mygov” tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək Naxçıvana aviabilet əldə edə bilərlər.
Bu barədə "Sizinxeber.az" AZAL-a istinadən xəbər verir. Yeni imkan yaxın gələcəkdə AZAL-ın Naxçıvandakı kassalarında da tətbiq olunacaq.
Artıq sərnişinlərdən aviabilet alarkən fiziki olaraq şəxsiyyət vəsiqələrini daşımaq tələb olunmur. Şəxsiyyəti təsdiq edən lazımi məlumatlar “mygov” tətbiqi üzərindən təqdim edilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq.
"Bu yenilik bilet alışı prosesini asanlaşdıracaq və müasir rəqəmsal dünyada məlumat təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək", - məlumatda deyilir.
Oxşar xəbərlər
Qarabağa getmək istəyənlərin nəzərinə!
Qarabağa avtobusla səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə bileti əvvəlcədən almağı tövsiyyə edib
E-Polis tətbiqi istifadəyə verildi: nələri yoxlamaq olar?
AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













