Cəbrayılda smart televizorlar istehsal ediləcək
Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında smart televizorlar istehsal ediləcək.
“Sizinxeber.az” bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, "Taube Electronics" MMC-yə Sənaye Parkının rezidenti statusu verilib. Rezident parka 3,5 milyon manat investisiya yatıracaq. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19 500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır.
Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.
Oxşar xəbərlər
“Araz Vadisi İqtisadi Zonası”nın rezidentlərinin sayı 12-yə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













