Azərbaycanda yerüstü suların mühafizəsi ilə bağlı qaydalar yenilənəcək
Azərbaycanda yerüstü suların mühafizəsi üçün yeni formatda qaydalar hazırlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.
"Sənəd hazır olduqdan sonra təkcə balıqçılıqla bağlı su obyektlərinə atılan çirkləndirici maddələrin yol verilən həddi deyil, ümumrespublika üzrə su və su təsərrüfatı obyektlərinə atılan bilən tullantıların yol verilən həddi müəyyən ediləcək. Bundan başqa İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulub. Məqsəd Məcəllədə nəzərdə tutulmuş sanksiyaların artırılması deyil. Hazırda təsbit olunmamış, yalnız cəmiyyətin müəyyən fərdlərinin törətdiyi inzibati xətalar var. Bununla bağlı dünya təcrübəsini öyrənirik. Həmin əməllərin Məcəllədə təsbit olunması nəzərdə tutulur. Bununla bağlı ictimai dinləmə də keçiriləcək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda suyun çirkləndirilməsinin qarşısını almaq üçün tədbirlər görülür
Xidmət rəsmisi: "Sudan qanunsuz istifadə ilə bağlı cərimələrin artırılması gündəmdə deyil"
Azərbaycanda su məsələləri ilə bağlı 31 prezident fərmanı və 24 hökumət qərarı dəyişdiriləcək
Xəzərə çirkab su axıdılmasının qarşısının alınması ilə bağlı qanunvericilik dəyişdiriləcək
Azərbaycanda sulardan istifadə ilə bağlı konkret hədəflər müəyyənləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
