sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Dəmir yolu ilə sərnişindaşımaları 24%-dək artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-oktyabr aylarında 15,5 mln. ton yük, 6 941,7 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,3%, sərnişin daşınmasında isə 23,6% artım müşahidə olunub.
Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 386 vaqon yüklənib, 434 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,1 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.
Oxşar xəbərlər
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 20%-dən çox artıb
Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları 20%-dən çox artıb
Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb
Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmasından gəlirlər 18%-dən çox artıb
Azərbaycanda dənizlə daşınan yüklərin təxminən 48%-i neftin payına düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













