İsmayıllıda selə qarşı qabaqlayıcı tədbirlər görülür
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərtib olunmuş istismar tədbirlər planına uyğun olaraq işlərini davam etdirir.
Bu barədə "Sizinxeber.az"un Şimal-qərb bürosuna İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarə tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, dağ çaylarında məcra təmizləmə işləri və daş-beton bəndin inşası aparılır. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə olunacaq. Bu məqsədlə ötən il çay məcraları daşqın və selə qarşı mübarizə məqsədi üçün təmizlənib. Hazırda Talıstan çayda inşa edilən yeni bənd ətraf əraziləri sel sularından sığortalamış olacaq.
8800 hektardan artıq sahəyə xidmət edən idarə İsmayıllı rayonunda növbəti suvarma mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Ötən il İsmayıllı Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin balansında olan Qubaxəlilli və Kürdmaşı kəndində subartezian quyuları əsaslı təmir olunaraq istismara verilib. 33 ədəd nasos cari təmir olunub, 5 ədəd subartezian quyuları yeni nasoslarla əvəzlənib. Göyçay-İsmayıllı beton kanalı 2 km məsafədə cari təmir olunub. Su itkisinin qarşısını almaq, suyun maneəsiz axınını təminetmək üçün suvarma kanalları lildən təmizlənib.
Oxşar xəbərlər
Xaçmaz və Xudatda əhalinin içməli su ilə fasiləsiz təminatı üçün tədbirlər görülür
Xaçmaz və Xudat şəhərlərində əhali içməli su ilə təmin olunur
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Ağsuda 21 248 nəfər içməli su ilə təmin olunub
Qaxda torpaq məcralı kanallar lildən təmizlənir, selə qarşı mübarizə tədbirləri aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












