Azad olunmuş ərazilərə fevral ayı üçün biletlər satışa çıxarılır
sizinxeber.az xəbər saytı

Azad olunmuş ərazilərə fevral ayı üçün biletlər satışa çıxarılır


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə fevral ayı üçün biletlər 1 fevral 2025-ci il saat 11:00-da satışa çıxarılacaq.

Bu barədə "Sizinxeber.az-Economics"ə AYNA-dan bildirilib.

Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.

Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1883 reys həyata keçirilib, 42378 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Oxşar xəbərlər

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır
Azad olunmuş ərazilərə dekabr ayı üçün avtobus biletləri satışa çıxarılır
Azad olunmuş ərazilərə yanvar ayı üçün avtobus biletləri satışa çıxarılır
Azad olunmuş ərazilərə noyabr ayı üçün avtobus biletləri satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər