Professor: Tikililərin layihələndirilməsi və nəzarətini müstəqil qurumlar etməlidir
Zəlzələ təhlükəsinin daha da azaldılması üçün layihələndirmə və tikinti prosesində ciddi yanaşmalar zəruridir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadə deyib.
O bildirib ki, layihələndirilən binaların tikintisində layihəyə uyğunluğa nəzarət edən orqanlar müstəqil fəaliyyət göstərməlidir:
“Bu yanaşma tikinti prosesində keyfiyyətin daha da yüksək səviyyədə qorunmasını təmin edəcək. Eyni zamanda əlaqəli tikinti normalarının hər beş ildən bir yenilənməsi zəlzələlərdən sonra əldə edilən elmi biliklərin və texnologiyaların tətbiqinə imkan verəcək”.
A.Qasımzadə Azərbaycanın yüksək seysmik aktivliyə malik bölgədə yerləşməsini nəzərə alaraq qeyd edib ki, təhlükəsizliyi təmin etmək üçün mühəndislik yanaşmalarına müasir innovasiyalar əlavə olunmalıdır.
“İzolyasiya sistemlərinin və yeni texnologiyaların tətbiqi ilə mövcud binaların dayanıqlığını artırmaq mümkündür. Bu tədbirlər təkcə insan həyatını qorumaq deyil, həm də binaların funksional saxlanılmasını təmin etməyə yönəlməlidir”, - direktor əlavə edib.
Oxşar xəbərlər
“Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi” təqdim edilib
Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edilib
Laçının 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq
"Silk Way Alat Free Economic Zone" şirkəti və "Modern Construction Group" əlamətdar saziş imzalayıb
Bərpa, Tikinti və İdarəetmə Xidməti Hadruta dair planlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?












