Ticarət komissarı: Böyük Britaniya Azərbaycana ekoloji təmiz texnologiyaların tədarükçüsü ola bilər
Böyük Britaniya infrastrukturunu müasir tələbləri nəzərə alaraq inkişaf etdirən Azərbaycan üçün geniş imkanlar yaradacaq ekoloji təmiz texnologiyaların təchizatçısı ola bilər.
Bunu "Sizinxeber.az"a müsahibəsində Böyük Britaniyanın İstanbuldakı Baş konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo bildirib.
Onun fikrincə, bu sahədə Azərbaycanla birgə layihələr üçün böyük potensial var: "Məsələn, Böyük Britaniya şirkətləri su sektorunda dayanıqlı həllər təklif edə bilər. Böyük Britaniyanın “Concrete Canvas” (CC) şirkəti ənənəvi betondan ekoloji cəhətdən 65% daha çox təmiz və dünya standartlarına cavab verən innovativ beton istehsal edir. Şirkət Azərbaycanda suvarma və su ehtiyatlarını idarəetmə sistemləri üçün dayanıqlı həllər təqdim edir”.
Ticarət komissarı qeyd edib ki, Böyük Britaniyanın “UK Export Finance” İxrac Kredit Agentliyinin Azərbaycan üçün 5 milyard funt sterlinq (6,5 milyon ABŞ dolları) məbləğində istifadə olunmamış kredit limiti var və bu, hər iki ölkənin biznesi üçün yaxşı imkanlar yaradır.
Bundan başqa, Britaniya tərəfi dayanıqlı enerji və “yaşıl texnologiya”lar sahəsində bir sıra layihələr (rəqəmsal tikinti, müasir tikinti metodları (Modern Methods of Construction, MMC), “yaşıl binalar”) üzrə əməkdaşlıq təklif edə bilər.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.
Oxşar xəbərlər
London COP29 ərəfəsində təmiz texnologiyaların təşviqi üzrə Bakı ilə işləməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kenan Poleo: Azərbaycanın COP29-da “təmiz enerji” sahəsində iddialı planlar təqdim edəcəyini gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












