Mingəçevirin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur
sizinxeber.az xəbər saytı

Mingəçevirin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur


Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkəsi "Dövlət Proqramı"na uyğun olaraq yenidən qurulur.

Bu barədə "Sizinxeber.az-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

İşlər Xidmətin Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. Tikinti-bərpa işləri şəhərin müxtəlif ərazilərində idarənin texnikaları və işçi qüvvəsi vasitəsilə aparılır. İdarənin istismarında 3 su nasos stansiyası fəaliyyət göstərir ki, həmin nasos stansiyaların da sazlığı daim nəzarətdə saxlanılır.

Şəhərdə kanalizasiya şəbəkəsi layihəsi də planauyğun davam etdirilir. Hazırda şəhərin 5 nöqtəsində - tərəvəzçilik sovxozunda, AzQres qəsəbəsində, Nərimanov prospektində, Mehman Bəşirov küçəsində işlər davam etdirilir. Demək olar ki, kanalizasiya xətləri layihəsinin 84%- tamamlanıb.

Hazırda yenidən qurulan şəbəkənin yekunlaşan hissəsinə içməli suyun verilməsinə başlanıb və sayğaclaşma işləri sürətlə aparılır. Şəbəkəyə qoşulan yeni abonentlərin su sayğacları Nəzarət Ölçü Cihazları İdarəsi tərəfindən təmin olunur. Uzun müddət su problemi yaşayan əhali, hazırda fasiləsiz ekoloji təmiz sudan istifadə edir.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Mingəçevir şəhərində məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Su anbarından ayrılan su bir neçə mərhələdən keçdikdən sonra şəhərin su təchizatı şəbəkəsinə verilir.

Mingəçevir şəhər Sukanal İdarəsi 33 min abonentə xidmət edir. Şəhərin su təchizatını təmin etmək üçün xam su Mingəçevir su anbarından təmizləyici qurğulara ötürülür. Filterlərdə sutkalıq 55 min kubmetr suyun xlorlanma işləri aparılıb təmizləndikdən sonra 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarına ötürülür. Oradan özaxımı ilə əhalinin istifadəsinə verilir.

Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə də xidmət edir.

Oxşar xəbərlər

Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
ADSEA: Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin yaradılması ilə bağlı işlər aparılır
Xocalıda yeni içməli su mənbəyi yaradılır
Xankəndidə su təsərrüfatı: mexanizm belə qurulub - VİDEO
Mingəçevirdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenilənməsi ilə bağlı görülən işlər açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle