AZAL-ın rəhbərliyi və kollektivi şəhidlərin xatirəsini yad edib
sizinxeber.az xəbər saytı

AZAL-ın rəhbərliyi və kollektivi şəhidlərin xatirəsini yad edib


Sentyabrın 27-də Anım Günü ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və kollektivi inşası davam etdirilən Zəfər parkını ziyarət edib.

"Sizinxeber.az" bu barədə AZAL-a istinadən xəbər verir ki, ziyarətçilər xatirə daşının önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Vətən övladlarının müstəsna fədakarlığı və cəsarəti sayəsində otuzillik işğala cəmi 44 gün ərzində son qoyulub. Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri düşmən işğalından azad edilib.

Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr Anım Günü kimi qeyd olunur. Bu gündə bütün Azərbaycan xalqı Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitləri dərin ehtiramla anır.

Oxşar xəbərlər

Dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım edib
TÜRKPA: Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Vətən müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər