14 kəndi birləşdirən qəzalı yol, AAYDA problemin həllinə aydınlıq gətirib - Cəlilabaddan REPORTAJ
sizinxeber.az xəbər saytı

14 kəndi birləşdirən qəzalı yol, AAYDA problemin həllinə aydınlıq gətirib - Cəlilabaddan REPORTAJ


Cəlilabad rayonunda 14 kəndi birləşdirən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Bu barədə "Sizinxeber.az"un Muğan bürosuna yerli sakinlər məlumat verib.

Onlar sözügedən yolun artıq istifadəçilər üçün təhlükəli xarakter aldığını bildiriblər.

Qarakazımlı kənd sakini Cəlil Alışovun sözlərinə görə, həmin yol rayon mərkəzindən təqribən 35-40 kilometr məsafəyə qədər uzanır və ərazidəki 30 minə yaxın sakin müntəzəm qaydada o yoldan istifadə edir:

“On dörd kəndi birləşdirən bu magistral yol baxımsızlıq üzündən üç ildir ki, keçilməz vəziyyətə düşüb, nəqliyyatın hərəkəti üçün əsl təhlükəyə çevrilib. Yolda iri çatlar, çalalar əmələ gəlib. Qoyulan aldadıcı yamaqlar tez-tez sürücüləri yanıldaraq maneələrlə üz-üzə qoyur. Bəzən on dəqiqəlik yolu biz saat yarıma ancaq gedib çıxırıq. Çox çətin vəziyyətə düşmüşük. Bəzi yerlərə yamaq vurdular, ancaq o yamaqlar da dağılıb gedir".

Məsələ ilə bağlı “Sizinxeber.az”un Muğan bürosuna açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində öz həllini tapır.

“Bu proqram çərçivəsində də Cəlilabad rayonu ərazisində mühüm yol infrastrukturu layihələrinin icrası həyata keçirilib və bu işlər davam etdirilir.

O cümlədən, qeyd olunan Qarazəncir-Məlikqasımlı avtomobil yolunun 12-ci kilometrindən ayrılan Gülməmmədli-Bayxanlı-Məmmədcanlı-Ətcələr-Zərbiəli-Qarakazımlı-Sərxanlı avtomobil yolunun da yenidən qurulması dövlət proqramına daxil edilib. Dövlət Proqramı çərçivəsində maliyyə vəsaiti ayrılan kimi həmin avtomobil yolunun yenidən qurulması tərəfimizdən təmin olunacaq”, - AAYDA sözçüsü deyib.

Oxşar xəbərlər

Astarada torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb
İtaliyada fermerlər iki saat mərkəzi magistral yolu bağlayıblar
Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu açılıb
Sumqayıtda Saray körpüsü qəzalı vəziyyətdədir - VİDEO
Zaqatalada çaqqal məktəblilərə və valideynlərə HÜCUM ETDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle