Salyanda su ehtiyatlarından səmərəli istifadəyə dair maarifləndirici tədbir keçirilib
Salyan Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarımızdan qanunauyğun istifadə edək!” devizi altında tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirin məqsədi su ehtiyatlarından səmərəli və qanunauyğun istifadə sahəsində nəzarətin gücləndirilməsi və maarifləndirmə işlərinin aparılması olub.
Tədbirdə yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və sahibkarlar iştirak ediblər.
Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Təranə İsmayılova çıxışında su ehtiyatlarının qorunmasının və məqsədyönlü istifadəsinin vacibliyini vurğulayıb, iqlim dəyişiklikləri və artan su tələbatının yaratdığı çağırışların aradan qaldırılması üçün birgə əməkdaşlıq və maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.
Regional bölmənin rəisi Ehtiram Muxtarov isə bölmənin fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə su siyasətinin daha da qanunauyğun həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən bəhs edib. O, tətbiq olunan nəzarət mexanizmləri və gələcək planlar barədə danışaraq, fermerləri və sahibkarları su resurslarından istifadədə qanunlara riayət etməyə və səmərəli idarəetməyə çağırıb.
Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi və qabaqcıl təcrübələrin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
Goranboy icra başçısının müavini işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş başçı doğum günündə vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycanda keçiriləcək III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sulardan istifadə ilə bağlı konkret hədəflər müəyyənləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













