Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
fev
2025
21:00
0
0
1 574
ff

Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb

03 fev, 2025
21:00
1 574

Biləsuvarda ovçuluq təsərrüfatında bu il köçəri quşların sayı 40-50 minə çatıb

Biləsuvar rayonu ərazisində yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında köçəri quşların sayı 40-50 min civarındadır.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, miqrasiya mövsümünə uyğun olaraq təsərrüfat ərazisinə ov quşları - qaşqaldaq, ördək və s. köç ediblər.

Ötən illərlə müqayisədə köç edən quşların ümumi sayında beş dəfəyə yaxın artım olub.

Belə ki, ötən illərdə təsərrüfat ərazisinə ilboyu miqrasiya edən quşların sayı 10-12 min civarında olurdusa, bu il isə bu göstərici 40-50 min civarına çatıb.

Bunun əsas səbəbinin isə bu il ov mövsümünün gec açılması göstərilir.

Qeyd edək ki, Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir və sahəsi 7 min 136 hektardır.

Bizimlə əlaqə saxlayın

×
×