Bakıda 4 avtobus marşrutunun hərəkəti Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək
Avqustun 12-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə “Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.
Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək.
Oxşar xəbərlər
AYNA mayın 9-da hansı müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edib?
Bakının Əhməd Rəcəbli küçəsində avtomobillə hərəkətə məhdudiyyət qoyulub
Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakıda 4 avtobus marşrutu üzrə hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













