Sabah Bakı metrosu gücləndirilmiş rejimdə çalışacaq
sizinxeber.az xəbər saytı

Sabah Bakı metrosu gücləndirilmiş rejimdə çalışacaq


Avqustun 12-də "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası matçına görə, Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə "APA-Economics"ə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bakı Metropoliteninin paytaxtda keçirilən kütləvi-mədəni tədbirlərlə əlaqəli müvafiq əməliyyat planına uyğun olaraq, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.

Sərnişinlərin rahat daşınması, arena istiqamətində səmti düzgün müəyyən etməsi və oyun yekunlaşdıqdan sonra mənzil başına rahat çatmaları üçün əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.

Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Oxşar xəbərlər

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
“Qarabağ”ın oyunu ilə əlaqədar Bakı metrosunda iş rejimi gücləndiriləcək
"Qarabağ"ın oyununa görə metronun iş rejimi dəyişəcək
“Qarabağ”ın oyununa görə Bakı metrosunun iş rejimi gücləndiriləcək
Bakı metropolitenində iş rejimi gücləndiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər