ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir
sizinxeber.az xəbər saytı

ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir


Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə əməkdaşlıq, bu dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsinin əhəmiyyəti və Orta Dəhlizin əsas seqmentlərindən biri kimi yükdaşımalardakı rolu müzakirə edilib.

İllik gücü 5 milyon tona çatdırılmış BTQ ilə yükdaşımaların daha səmərəli təşkili və yeni yüklərin cəlbi məqsədilə “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin əməkdaşlığın yeni səviyyəyə qaldırılması məqsədilə bu ilin iyununda imzalanmış yol xəritəsinin icrasının mövcud mərhələsini müzakirə ediblər. Qeyd olunub ki, hazırda Azərbaycan və Gürcüstanın dəmiryol mütəxəssisləri arasında birgə fəaliyyətin uzlaşdırılması və optimallaşdırılması məqsədilə zəruri məlumatların aktiv və konstruktiv mübadiləsi aparılır.

Həm işçi qrupları, həm də müntəzəm birbaşa görüşlərlə daha effektiv və operativ əməkdaşlıq nəticəsində Şərq-Qərb-Şərq marşrutu üzrə hər iki ölkədən keçməklə yükdaşımaların daha səmərəli təşkili üçün fəaliyyətin gücləndiriləcəyi bildirilib.

Bundan başqa, bu ilin sonunadək Orta Dəhlizlə yükdaşımlarda kağızsız sənəd dövriyyəsinin tətbiqi, “Track and Trace” yük izlənməsi sisteminin işə salınması üçün görüləcək işlər nəzərdən keçirilib.

Oxşar xəbərlər

Azərbaycan və Gürcüstan beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətini müzakirə ediblər
Azərbaycan və Gürcüstan BTQ üzrə birgə müəssisə yaradıb
ADY və “Qırğızıstan Dəmir Yolları” Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir
Azərbaycan və Pakistan arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub
ADY və Çin Dəmir Yolları BTQ-nin potensialının artırılmasına dair razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər